...

Bakıda Gürcüstana dəstək aksiyası keçirilib

Siyasət Materials 1 Sentyabr 2008 17:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 sentyabr/ Trend , müxbir C.Babayeva/ Bazar ertəsi, Avropa İttifaqının Fransa prezidenti tərəfindən çağırılan və Rusiyanın Gürcüstana qarşı hərəkətlərini müzakirə edəcək xüsusi sammitinin keçirildiyi gündə Bakıda Gürcüstana dəstək aksiyası keçirilib.

Gürcüstanın diaspor təşkilatları və bu ölkənin Azərbaycandakı səfirliyi aksiyanin təşkilatçıları qismində çıxış ediblər.

Eyni zamanda, bütün Gürcüstan miqyasında həmrəylik aksiyası keçirilib. Bakıdakı aksiyanın iştirakçıları əl - ələ tutaraq, Gürcüstan səfirliyinin binasını canlı zəncirlə əhatə ediblər. Aksiyanın əsas şüarı "Stop Russia" olub.

Avqustun 8 -nə keçən gecə tanınmamış Cənubi Osetiya respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar.

Avqustun 12 - də RF prezidenti Dmitri Medvedyev bildirib ki, Gürcüstanı sülhə məcburetmə əməliyyatının dayandırılması barədə qərar qəbul edib.

Gürcüstan ərazisində Rusiyanın sülhməramlı qüvvələrini və beynəlxalq müşahidəçiləri saxlamaq qərara alınıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti