...

Türkiyə prezidentinin Yerevana gedəcəyi təsdiqləndi

Siyasət Materials 4 Sentyabr 2008 04:00 (UTC +04:00)
Türkiyə prezidentinin Yerevana gedəcəyi təsdiqləndi

Türkiyə, Ankara, 04 sentyabr / Trend , müxbir T.Əliyev/Türkiyə prezidenti Abdulla Gül Ermənistan və Türkiyə milli komandaları arasında Dünya kubokunun seçmə mərhələsi çərçivəsində keçiriləcək matçı izləmək üçün sentyabrın 6-da Yerevana gedəcək. Bu barədə Türkiyə prezidentinin igamətgahı rəsmi məlumat yayıb.

Məlumatda Gülün səfərlə bağlı bu qərarının Qafqazda vəziyyətin gərgin olduğu bir dövrdə bölgədə dostluq abu-havasının yaranmasına xidmət edəcəyinə inam ifadə olunur. Məlumatda qeyd edilir ki, Ermənistan-Türkiyə matçı idman yarışı olmaqla yanaşı, bəzi mühüm imkanlar yaratması baxımından da əhəmiyyət kəsb edir.

Lakin Gülün Ermənistana səfəri ilə bağlı qərar Türkiyədə birmənalı qarşılanmayıb. Səfərə müsbət yanaşanlarÖ həmçinin prezidenti sərt tənqid edənlər də var. Səfərin baş tutmasının tərəfdarları hesab edirlər ki, Sarkisyanın dəvətinin qəbul edilməməsi Türkiyənin beynəlxalq arenadakı imicinə mənfi təsir edərdi.  Onların fikrincə, Türkiyə regionda nüfuz sahibi olmaq istəyirsə, belə bir addım atmalıydı.

Müxalifətdəki Cümhuriyyət Xalq və Milliyətçi Hərəkat Partiyaları başda olmaqla səfərə etiraz edənlər xatırladırlar ki, Ermənistan hələ də Türkiyənin ərazi bütövlüyünü tanımır, soyqırım iddialarından bir addım da olsa geri çəkilmir, həmçinin Dağlıq Qarabağ məsələsində də heç bir addım atmağa hazırlaşmır.

Azərbaycanda ictimaiyyətin bu məsələyə mənfi reaksiyası da Türkiyədə siyasi dairələri və ictimaiyyəti narahat edir, xüsusi ilə müxalifət liderləri və bəzi icmalçılar hakimiyyəti Azərbaycanı narazı salacaq addımlar atmamağa çağırırlar.

Xəbər lenti

Xəbər lenti