...

Azərbaycanın XİN rəhbəri ermənistanlı həmkarı ilə görüşə dair təklif gözləyir (video)

Siyasət Materials 4 Sentyabr 2008 13:25 (UTC +04:00)
Azərbaycanın XİN rəhbəri ermənistanlı həmkarı ilə görüşə dair təklif gözləyir (video)

Azərbaycan, Bakı, 04 sentyabr / Trend , müxbir S.Ağayeva/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov cümə axşamı jurnalistlərə ATƏT-in Minsk Qrupu həmsədrlərindən ermənistanlı həmkarı Edvard Nalbandyan ilə görüş barədə təklif gözlədiyini bildirib.

"Hələ avqust ayında Minsk Qrupunun Rusiya, Fransa və ABŞ-dan olan həmsədrləri ilə son görüş zamanı Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin görüşünün təşkil edilməsi qərara alınıb. Lakin biz bu görüşün keçirilmə yeri və vaxtı barədə onlardan hələ də heç bir təklif almamışıq", - deyə nazir bildirib.

Ermənistan Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayonu işğal edib. İşğal 1988-ci ildə başlanıb. 1991-ci ilin dekabrınadək Dağlıq Qarabağ (Şuşa və Xocalı istisna olmaqla) Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ildə Azərbaycan ilə Ermənistan arasında atəşkəsə dair saziş əldə olunub. Tərəflər bu günədək sülh danışıqlarını davam etdirirlər.

ABŞ, Rusiya və Fransa nümayəndələrinin həmsədr olduğu ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün vasitəçi qismində çıxış edir.

Azərbaycan həm ATƏT-in Minsk Qrupu, həm də Ermənistanın özü ilə Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin davam etdirilməsi mövqeyinə sadiqdir. Rusiya və Ermənistan prezidentləri Dmitri Medvedyev və Serj Sarkisyanın bu yaxınlarda Qarabağ problemi üzrə apardığı danışıqlara toxunan nazir qeyd edib ki, bu görüşün nəticələri barədə danışmaq hələ tezdir.

"Bizim mövqeyimiz - danışıqlar prosesinin davam etdirilməsidir", - deyə nazir bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti