...

ABŞ vitse-prezidentinin Azərbaycana səfəri ikitərəfli münasibətlərin yeni dövrünə işarədir – səfir

Siyasət Materials 4 Sentyabr 2008 16:59 (UTC +04:00)
ABŞ vitse-prezidentinin Azərbaycana səfəri ikitərəfli münasibətlərin yeni dövrünə işarədir – səfir

Azərbaycan, Bakı, 04 sentyabr/ Trend , müxbir C.Babayeva/ABŞ -ın Azərbaycandakı səfiri Enn Dersi ABŞ vitse-prezidenti Dik Çeyninin Azərbaycana səfərinə ikitərəfli münasibətlərin yeni dövrünə işarə kimi qiymət verir.

"Vitse-prezidentin çoxdan planlaşdırılmış səfəri iqtisadiyyat, energetika, təhlükəsizlik və demokratiya kimi, çoxistiqamətli tərəfdaşlığımızın möhkəmləndirilməsinə dair son illərdə gördüyümüz işlərin məntiqi addımıdır. Bu dialoq yalnız hökumətlər deyil, artan mədəni və təhsil mübadiləsi də daxil olmaqla, xalqlarımız arasında da aparılır", - səfir bildirib.

"Vitse-prezident Çeyninin söylədiyi kimi, Birləşmiş Ştatlar Azərbaycanın müstəqilliyini ərazi bütövlüyünü bütövlüklə dəstəkləyir. Biz Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli istiqamətində ciddi axtarışdayıq və bu yanaşma, digər beynəlxalq prinsipləri nəzərə almaqla, ərazi toxunulmazlığı mövqeyindən çıxış edəcək. Bu gün belə qərarın əldə edilməsibu gün daha vacibdir. Belə ki, yekun regionda sülh və sabitliyə, Azərbaycanın təhlükəsizliyinə gətirəcək", - Dersi bildirib.

ABŞ vitse-prezidenti Dik Çeyni iki günlük səfərlə Azərbaycanda olub. Səfər zamanı o, prezident İlham Əliyevlə görüşüb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti