...

Macarıstan parlamentinin sədri Bakıda Cənubi Qafqazda təhlükəsizlik məsələlərini müzakirə edəcək (video)

Siyasət Materials 5 Sentyabr 2008 11:52 (UTC +04:00)
Macarıstan parlamentinin sədri Bakıda Cənubi Qafqazda təhlükəsizlik məsələlərini müzakirə edəcək (video)

Azərbaycan, Bakı, 05 sentyabr / Trend , müxbir İ.Əlizadə/ Macarıstan parlamentinin sədri Katalin Sili bildirib ki, Azərbaycana səfəri zamanı Cənubi Qafqazda təhlükəsizlik məsələlərini müzakirə edəcək. "Eyni zamanda, enerji siyasətini müzakirə edəcəyik", - deyə Sili cümə günü jurnalistlərə bildirib.

O qeyd edib ki, Azərbaycan rəhbərliyi ilə iki ölkə arasında əlaqələrin inkişaf etdirliməsi məsələlərini müzakirə edəcək.

"Macarıstan üçün Azərbaycanla hazırda mövcud olan əlaqələri genişləndirmək və bunun vasitəsilə bütövlükdə rəsmi Bakı ilə Avropa İttifaqı arasında münasibətləri möhkəmləndirməyin böyük əhəmiyyəti vardır", - deyə Sili əlavə edib.

Macarıstan parlamentinin sədri üçgünlük səfərlə Azərbaycandadır. Səfər çərçivəsində o,

prezident İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, parlamentdə təmsil olunan siyasi partiyaların nümayəndələri, Baş nazir Artur Rasızadə, xarici işlər naziri Elmar Məmmədyarov və iqtisadi inkişaf naziri Heydər Babayevlə görüşəcək.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti