...

Azərbaycan hakimiyyəti bəzi müxalifət partiyalarının prezident seçkisini qeyri-legitim hesab etməsini imitasiya adlandırır

Siyasət Materials 8 Sentyabr 2008 13:11 (UTC +04:00)
Azərbaycan hakimiyyəti bəzi müxalifət partiyalarının  prezident seçkisini qeyri-legitim hesab etməsini imitasiya adlandırır

Azərbaycan, Bakı, 08 sentyabr / Trend , müxbir C.Babayeva/ Azərbaycan hakimiyyəti bəzi müxalifət partiyalarının prezident seçkisini qanunsuz adlandırması və seçkidən sonra formalaşdırılacaq hakimiyyəti qeyri-legitim hesab etməsi barədə bəyanatını fəaliyyət imitisayisı hesab edir.

"Seçkidə iştirak etməyən partiya hər hansı bir fəaliyyətlə məşğul olmalıdır. Bunun üçün də cəmiyyətdə müəyyən nüfuza və sosial dayağa malik olmaq lazımdır. Amma müxalifətdə bu yoxdur. Olub-qalan imiclərini də seçkiyə qatılmamaqla itirdilər və indi də fəaliyyət imitasiyası ilə məşğuldrular", bazar ertəsi Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Trend -a bildirib.

Trend -un arayışı: Azərbaycanda prezident seçkiləri oktyabrın 15-də keçiriləcək. "Azadlıq" blokuna daxil olan partiyalar - Xalq Cəbhəsi, Liberal Partiya, Vətəndaş və İnkişaf Partiyası, Müsavat və "Azərbaycan Naminə" İctimai Forum ötən həftə seçkini qanunsuz tanımaq barədə birgə bəyanat imzalayıblar. Bəyanatda prezident seçkisindən sonra formalaşacaq hakimiyyət qeyri-legitim elan edilib.

Həsənovun sözlərinə görə, prezident seçkisində namizəd problemi yoxdur. "Əksər siyasi palitra bu seçkidə təmsil olunub. Seçki kifayət qədər şəffaf və mübarizə şəraitində keçiriləcək. Ona görə də müxalifətin fəaliyyətinin cəmiyyət üçün nə mənfi, nə müsbət çaları olmayacaq və bu fəaliyyət heç bir əhəmiyyət kəsb etmir", - deyə o bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti