...

Ukrayna prezidenti Ukrayna-Aİ sammitində iştirak etmək üçün Fransaya yola düşüb

Siyasət Materials 9 Sentyabr 2008 15:00 (UTC +04:00)

Ukrayna, Kiyev, 09 sentyabr / Trend , müxbir Z.Novosvitski/ Ukrayna prezidenti Viktor Yuşşenko Parisdə keçiriləcək XII Ukrayna-Avropa İttifaqı (Aİ) sammitində iştirak etmək üçün Fransaya işgüzar səfər edib. Bu barədə Ukrayna dövlət rəhbərinin mətbuat xidmətindən məlumat verilib.

Verilən məlumatan görə, yüksək siyasi səviyyədə, assosiasiya prinsipləri əsasında yeni gücləndirilmiş Ukrayna-Aİ Sazişinin bağlanmasına dair razılaşmanın əldə edilməsi, həmçinin Ukrayna vətəndaşlarının Aİ-yə üzv ölkələrə vizasız səfər rejiminin tətbiqi üçün şərtlərin müəyyənləşdirilməsi üzrə dialoqun başlanması məsələləri bu sammitin gündəliyin təşkil edir.

Yuşşenko sammitin plenar iclasında çıxış edəcək və burada Kiyev ilə Avropa İttifaqı arasında əmakdaşlığın əsas mövzuları müzakirə olunacaq.

Ukrayna prezidenti işgüzar xarakterli naharda da iştirak edəcək. Naharda beynəlxalq məsələlər paketi, o cümlədən Gürcüstandakı vəziyyət, Dnestryanı münaqişənin nizamlanması və s. məsələlərin müzakirəsi planlaşdırılır.

Sammit çərçivəsində Ukrayna prezidentinin fransalı həmkarı Nikolya Sarkozi ilə ikitərəfli görüşü də nəzərdə tutulub.

Ukrayna-Aİ sammitində iştirak etmək üçün Ukrayna dövlət rəhbəri ilə yanaşı, Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Radasının katibi Raisa Boqatıryeva, xarici işlər naziri Vladimir Oqrızko, ədliyyə naziri Nikolay Onişuk, Ukrayna Prezidenti Katibliyi rəhbərinin müavini Andrey Qonçaruk da Parisə səfər ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti