...

Rusiyanın bütün tələb və şıltaqlığı yerinə yetirilib - ekspert

Siyasət Materials 9 Sentyabr 2008 17:42 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 09 sentyabr/ Trend , müxbir N.Kirtsxaliya/Ekspert Qiya Xuxaşvili hesab edir ki, Rusiyanın bütün tərslik və tələbləri yerinə yetirilib. Onun sözlərinə görə, gürcü tərəfi, əslində, təslim aktını imzalayıb.

"Bizim hakimiyyət bütün məğlubiyyətləri qələbə kimi təqdim etməkdə böyük təcrübəyə malikdir", - Xuxaşvili deyərək əlavə edib ki,  Abxaziya və Cənubi Osetiya münaqişəsinin tənzimlənməsi məsələsi qeyri-müəyyən vaxta təxirə salınıb.

Fransa prezidenti Nikolaya Sarkozinin rusiyalı həmkarı Dmitri Medvedyevə  verdiyi Mixail Saakaşvilinin məktubunda söhbət Abxaziya və Cənubi Osetiyadakı separatçı anklavlara qarşı güc tətbiq edilməməsindən gedir.

Avqustun 8-nə keçən gecə tanınmamış Cənubi Osetiya respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar.

Avqustun 12-də RF prezidenti Dmitri Medvedyev bildirib ki, Gürcüstanı sülhə məcburetmə əməliyyatının dayandırılması barədə qərar qəbul edib.

Gürcüstan ərazisində Rusiya sülhməramlılarının və beynəlxalq müşahidəçilərin saxlanılması haqqında qərar qəbul edilib. 

Xəbər lenti

Xəbər lenti