...

Gürcüstan münaqişə qurbanları barədə yeni məlumatlar açıqlayıb

Siyasət Materials 10 Sentyabr 2008 12:27 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 10 sentyabr / Trend , müxbir N.Kirtsxaliya/ Rusiya-Gürcüstan münaqişəsi zamanı həlak olanların rəsmi olaraq qeydə alınan sayı sentyabrın 8-nə olan vəziyyətə görə, 295 nəfər təşkil edir. Bu barədə Gürcüstan hökumətinin məruzəsində bildirilir.

Onların arasında 186 hərbçi və 109 vətəndaş var. Əvvəlki məruzədə həlak olan vətəndaşların sayı 69 nəfər göstərilib.

Məruzəyə əsasən, 14 gürcü hərbçisi itkin düşmüş hesab olunur.

Münaqişə zamanı ikisi yerli, biri isə Hollandiyadan olan üç jurnalist də həlak olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti