Azərbaycan, Bakı, 10 sentyabr / Trend / Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Yunanıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Temisstokles Dimidisi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Görüşdə əməkdaşlığın genişləndirilməsi üçün daha böyük potensialın olduğu vurğulanıb, ikitərəfli münasibətlərin bundan sonra daha da möhkəmlənəcəyinə əminlik ifadə olunub.