...

Azərbaycan neftinin qiyməti azalıb

Siyasət Materials 11 Sentyabr 2008 15:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 sentyabr / Trend , müxbir A.Bədəlova/ Azərbaycanın AZERI LT CIF Augusta növlü neftinin sentyabrın 10-da qiyməti 1 barel üçün 98,92 dollar təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən Azərbaycan Dövlət Neft Şirkətindən cümə axşamı verilən məlumata görə, çərşənbə günü neftin qiyməti çərşənbə axşamına nisbətdə 1 barrel üçün 3,16 dollar düşüb.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa və dəmir yolu ilə Batumi limanlarına çatdırılır.

ARDNŞ-dan bildiriblər ki, AZERI LT FOB Ceyhan-nın sentyabrın 10-da qiyməti 1 barel üçün 97,26 dollar təşkil edib. Bu, əvvəlki qiymətdən 3,08 dollar azdır.

Azərbaycan həmçinin neftin URAL növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URAL adı ilə satılır. Bu növ spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

Sentyabrın 10-da URALS neftinin qiyməti 1 barel üçün 94,65 dollar təşkil edib. Bu öncəki qiymətdən 2,98 dollar azdır.

Şimal dənizindən hasil edilən neftin Brent Dated etalon növünün sentyabrın 10-da qiyməti 1 barel üçün 96,25 dollar təşkil edib. Bu əvvəlki qiymətdən 3,07 dollar azdır.

Xəbər lenti

Xəbər lenti