...

Gürcü ekspertlər Tbilisidə keçirilən NATO Şurasına böyük əhəmiyyət verirlər

Siyasət Materials 15 Sentyabr 2008 14:50 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 15 sentyabr / Trend , müxbir N.Kirtsxaliya/ Gürcü ekspertlər bu gün Tbilisidə keçirilən NATO Şurasına və NATO-Gürcüstan komissiyasının yaradılmasına böyük əhəmiyyət verirlər. "Bu, Gürcüstan və NATO arasında münasibətləri yeni keyfiyyətli səviyyəyə qaldıracaq", - jurnalistlərə ekspert Şalva Piçxadze deyib.

"Komissiyanın yaradılması ikitərəfli mühüm əhəmiyyətə malikdir, belə ki, birinci halda NATO Gürcüstanda Alyansın tələblərini yerinə yetirməyə imkan verən zəruri islahatları müəyyən edəcək, ikinci halda, NATO bu öhdəliklərin yerinə yetirilməsi üzrə daim monitorinqlər keçirəcək", - Piçxadze deyib.

Ekspert Koba Liklikadze qeyd edib ki, komissiya Gürcüstan və NATO arasında olan münasibətlərin dərinləşdirilmiş formasıdır. "Əlbəttə, qüvvədə Gürcüstanın intensiv dialoq proqramı üzrə üzərinə götürdüyü öhdəlik qalır . Təkcə Gürcüstanı deyil, həm də bütün Qafqazı əhatə edəcək Sülhə İnam Fondunun yaradılması fikri yenilik təşkil edir. Qafqazda çoxlu çağırışlar mövcuddur və sülhün təmin edilməsi üçün yeni addımlar atmaq lazımdır", - o qeyd edib.  

Xəbər lenti

Xəbər lenti