...

Gürcüstan Müdafiə Nazirliyinin NATO ilə əməkdaşlığı ilkin mərhələdə təhdidlərin təhlilini nəzərdə tutur

Siyasət Materials 15 Sentyabr 2008 18:35 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 15 sentyabr/ Trend , müxbir N.Kirtsxaliya/Gürcüstan Müdafiə Nazirliyinin NATO ilə əməkdaşlığı konseptual məsələlərin işlənilməsi, həmçinin, təhdid qiymətləndirmələrinin təhlili istiqamətlərində cəmləşib. Gürcüstanın müdafiə nazirinin müavini Batu Kuteliyanın jurnalistlərə bildirdiyinə görə, bu, müdafiənin planlaşdırılması üçün ilkin şərtlərin istiqamətləridir.

Müdafiə Nazirliyi və NATO nümayəndə heyəti arasında müzakirələrin hansı istiqamətdə aparılacağına dair suala cavab verən Kuteliya bildirib ki, "ilkin mərhələdə təhdidlərin qiymətləndirilməsinə dair sənədin qəbulu əsasdır". "Xüsusuilə də Rusiya tərəfdən gələn təhdidlərə diqqət verilir, belə ki, təhdid hələ də mövcuddur. Biz müdafiənin planlaşdırılmasının həyata keçirildiyi fundamental sənədə yenidən baxılması üzərində işləyirik", - müdafiə nazirinin müavini bəyan edib.

İkinci mərhələdə yardım göstəriləcək. Bu baxımdan Kuteliya qeyd edib ki, həm NATO, həm də Alyansa üzv ayrı - ayrı ölkələr tərəfindən ikitərəfli yardım əməkdaşlığından söhbət gedir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti