Azərbaycan, Bakı, 17 sentyabr / Trend / Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 17-də Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda keçiriləcək prezident seçkilərinin müşahidə olunması üzrə Xüsusi Komitəsinin seçkiqabağı missiyasının başçısı Andres Herkelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan Respublikasında qarşıdan gələn prezident seçkilərinə hazırlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]