...

GUAM ölkələrinin xarici işlər nazirləri gələcək qarşılıqlı əlaqələri müzakirə edəcəklər - Baş katiblik

Siyasət Materials 18 Sentyabr 2008 10:25 (UTC +04:00)
GUAM ölkələrinin xarici işlər nazirləri gələcək qarşılıqlı əlaqələri müzakirə edəcəklər - Baş katiblik

Azərbaycan, Bakı, 17 sentyabr/ Trend , müxbir R.Novruzov/GUAM ölkələrinin xarici işlər nazirləri təşkilat çərçivəsində gələcək qarşılıqlı əlaqələri nəzərdən keçirmək niyyətindədirlər. Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın xarici işlər nazirləri Nyu -Yorkda BMT Baş Assambleyasının iclası çərçivəsində, Rusiya - Gürcüstan münaqişəsindən sonra yaranmış vəziyyəti və GUAM ərazisində "dondurulmuş münaqişələrin"tənzimlənməməsini müzakirə edəcəklər, - çərşənbə günü Kiyevdən telefonla GUAM-ın Baş katibi Valeri Çeçelaşvili xəbər verib.

"Hazırda biz görüşün dəqiq vaxtını müzakirə edirik", - o bildirib.

Çeçelaşvilinin sözlərinə görə, görüşdə qarşılıqlı siyasi əlaqələr və təşkilati məsələlər müzakirə ediləcək. Sahə əməkdaşlığı məsələləri də nəzərdən keçiriləcək.

GUAM - ın formatı 1997 - ci ildə Strasburqda Avropa İttifaqı dövlət başçılarının sammiti zamanı postsovet dövlətləri tərəfindən yaradılıb. 1999 - cu ildə Özbəkistan bu formata daxil olsa da,  dörd ildən sonra onu tərk  edib. 2006 - cı ildə Kiyevdə  ilk sammit zamanı GUAM-ın beynəlxalq  təşkilat və "Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat- GUAM" kimi elan olunması haqda qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti