...

Azərbaycanda Tikinti Məcəlləsi hazırlanır

Siyasət Materials 19 Sentyabr 2008 11:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 sentyabr / Trend , K.Zərbalıyeva/ Azərbaycan parlamentində Tikinti Məcəlləsinin layihəsinin hazırlanmasına başlanılıb.

Bu haqda Milli Məclisin Hərbi və inzibati qanunvericilik şöbəsinin müdiri Səyyad Kərimov məlumat verib.

Kərimov bildirib ki, qanun layihəsinin hazırlanması məqsədilə parlamentdə işçi qrupu yaradılıb.

Bu işdə Almaniyanın Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) onlara dəstək verdiyini deyən şöbə müdiri layihə hazırlanarkən Almaniyanın bu sahədəki təcrübəsinin öyrəniləcəyini əlavə edib. Azərbaycanda tikinti sahəsindəki münasibətləri tənzimləyən qanunvericilik bazası yoxdur. Bu münasibətlər ayrı-ayrı sahələr üzrə qəbul olunmuş normativ hüquqi aktlarla tənzimlənir.

Yeni qanunun qəbulu tikinti sahəsində mövcud boşluqların aradan qaldırılmasına imkan verəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti