Azərbaycan, Bakı, 23 sentyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanda yeni yaradılan müxalifətyönlü siyasi partiyanın adı müəyyənləşib. "Yeni partitya Aydınlar adlanacaq", - bu barədə çərşənbə axşamı Trend -a yeni yaradılacaq partiyanın Təşübbüs Qrupunun rəhbəri Qulamhüseyn Əlibəyli bildirib.
Trend -un arayışı: Qulamhüseyn Əlibəyli 1992-1993-cü ildə prezident Əbülfəz Elçibəyin müşaviri və parlamentdə rəsmi nümayəndəsi olub. 1995-ci ildən 2005-ci ilədək iki dəfə ardıcıl olaraq Milli Məclisin deputatı seçilib. Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olub. O, 1989-cu ildən AXC-nin üzvü, 1993-cü ildən isə AXCP Ali Məclisinin sədri idi.
Onun sözlərinə görə, partiyanın beş nəfərdən ibarət Təşübbüs Qrupu yaradılıb. Təşəbbüs Qrupuna müxalifəti təmsil edən AXCP-dən istefa vermiş sabiq deputatlar Qulmahüseyn Əlibəyli, Nizami Quliyev, Ali Məclisin keçmiş üzvü Qorxmaz İbrahimli, Xanoğlan Əhmədov, Qadir İbrahimli daxildir.
"Partiya müxalifətyönlü və sağ mərkəzçi olacaq", - deyə Əlibəyli əlavə edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]