...

Futbol üzrə Azərbaycan yığmasının heyəti açıqlanıb

Siyasət Materials 24 Sentyabr 2008 11:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 sentyabr / Trend , müxbir R.Ergün/ Futbol üzrə Azərbaycan yığma komandasının heyəti açıqlanıb. Bu barədə çərşənbə günü Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.

Azərbaycan yığması sentyabrın 29-dan oktyabrın 2-dək təlim-məşq toplanışı keçirəcək. Oktyabrın 11-də isə yığma komanda DÇ-2010-nun seçmə mərhələsi çərçivəsində səfərdə Finlandiya millisi ilə qarşılaşacaq.

Azərbaycan yığmasının məşqçiləri İsveçin aşağı liqa klublarından birində çıxış edən Anatoli Ponomaryovu da komandanın düşərgəsinə dəvət ediblər.

Yarımmüdafiəçi mövqeyində çıxış edən Ponomaryov əvvəllər də yığmanın oyunlarında iştirak edib.

Azərbaycan yığmasının baş məşqçisi hazırda Almaniyada istirahət edən Berti Foqtsdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti