...

Azərbaycan prezidenti Tovuz şəhərində Müalicə - Diaqnostika Mərkəzinin təməlinin qoyulması mərasimində iştirak edib

Siyasət Materials 24 Sentyabr 2008 20:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 sentyabr / Trend /Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü qərb bölgəsinə səfəri çərçivəsində, Tovuz şəhərində Müalicə-Diaqnostika Mərkəzinin təməlinin qoyulması mərasimində iştirak edib. Əliyev Mərkəzin baş planı və fotoşəkilləri ilə tanış olub. Təxminən iki hektar ərazidə yerləşəcək və Azərbaycan Dövlət Neft Şirkətinin vəsaiti hesabına tikiləcək mərkəzin üçmərtəbəli binasında laboratoriya, qəbul, şüa- diaqnostika şöbələri, poliklinika, stasionar travmatologiya və homodializ şöbələri, cərrahiyyə bloku, anesteziologiya və reanimasiya şöbələri yerləşəcəkdir. Mərkəzin elektrik enerjisi ilə təminatı üçün yardımçı stansiyası, habelə yeməkxanası, ehtiyat su anbarı da olacaqdır. Tikinti işlərinin iki ilə başa çatdırılması nəzərdə tutulur. Həkimlər üçün ayrıca yaşayış binası da tikiləcəkdir. Yerli kadrların hazırlanması üçün Türkiyədən mütəxəssislər dəvət olunacaq.Prezident Azərbaycanın bütün bölgələrində bu cür müalicə - diaqnostika mərkəzlərinin tikildiyini xatırladıb və müasir standartlara cavab verən bu tibb müəssisələrində istənilən xəstəliyin birinci mərhələdə müayinəsinin mümkün olacağını vurğulayıb. O , bildirib ki, insanlar digər şəhərlərə getməyəcək, elə Tovuzda müalicə üçün hər cür şərait yaradılacaqdır. Sonra dövlətimizin başçısı gilizi təmələ qoyaraq beton qarışığı töküb və inşaatçıları təbrik edib, tikintinin vaxtında və keyfiyyətlə başa çatdırılması ilə bağlı tapşırıqlarını verib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti