...

Azərbaycan Prezidenti Ucar-Yevlax avtomobil yolunun tikintisinin gedişi ilə taniş olub

Siyasət Materials 24 Sentyabr 2008 20:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 sentyabr/ Trend / Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Gəncədən qayıdarkən "İpəkyolu"nun bir hissəsi olan Ucar-Yevlax avtomobil yolunun tikintisinin gedişi ilə taniş olub.
Azərbaycan Prezidentinə məlumat veriblər ki, 53 kilometrlik yolun tikintisinə keçən ilin aprelindən başlanılıb. Yolun 40 kilometrinin başa çatdırılması, gələn il isə tam istifadəyə verilməsi nəzərdə tutulub. Burada bir neçə körpü, o cümlədən Kür çayı üzərində 2 körpü salınacaq.. Əsas Tikinti işlərini Türkiyənin "Polad Yol Yapı" şirkəti yerinə yetirir.
Prezident İlham Əliyev inşaatçılarla görüşüb, onlara bu magistral yolun dünya standartlarına uyğun tikilməsi ilə bağlı tövsiyə və tapşırıqlarını verib.  

Müəlliflə əlaqə ünvanı: [email protected]



Xəbər lenti

Xəbər lenti