...

Gürcüstan parlamenti "İşğal edilmiş ərazilər haqqında" Qanunu birinci oxunuşda qəbul edib

Siyasət Materials 26 Sentyabr 2008 20:16 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 26 sentyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan parlamenti "İşğal edilmiş ərazilər haqqında" Qanun layihəsini birinci oxunuşda qəbul edib.

Onu hüquqi məsələlər üzrə komitənin rəhbəri Pavle Kublaşvili təqdim edib. Qanun layihəsi bir sıra hüquqi, iqtisadi və siyasi məhdudiyyətləri nəzərdə tutur, ali qanunverici orqandan bildiriblər. Qanun layihəsinin məqsədi Rusiyanın işğal etdiyi ərazilərin statusunun müəyyən edilməsi və RF SQ - nin tutduğu ərazilərdə xüsusi hüquqi rejimin qurulmasıdır.

"Layihə ilk növbədə işğal edilmiş ərazilərə - Abxaziyaya və Tsxinvali regionuna rəsmi statusun verilməsini nəzərdə tutur", - qanun layihəsinin birinci müzakirəsini şərh edən parlamentin sədri David Bakradze dinləmələrdən əvvəl bəyan edib.

Bundan əlavə, bir sıra çox ciddi məhdudiyyətlər, eləcə də xüsusi mülkiyyətin idarə edilməsinə məhdudiyyətlər nəzərdə tutulub. Bu məhdudiyyətlərə əsasən, işğal edilmiş ərazilərdə mülkiyyət hüququnun alqı-satqısı üzrə istənilən əməliyyatın qanuni qüvvəsi yoxdur. "Bundan əlavə, bu regionlara sərmayələrin yatırılması və onlarla iqtisadi əməkdaşlığa ciddi məhdudiyyətlər nəzərdə tutulub", - David Bakradze bəyan edib.

Qanun layihəsi öz müstəqilliyini elan etmiş respublikaların qanunsuz vətəndaşlığının ləğv edilməsini və Abxaziyada və Tsxinvali regionunda de-fakto mövcud olan hakimiyyət qurumlarının qanunsuz hesab edilməsini nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti