Azərbaycan, Bakı, 27 sentyabr / Trend , müxbir N.Abdullayeva/ Azərbaycan və İraq gənclər siyasəti sahəsində əməkdaşlığı inkişaf etdirəcəklər. İki ölkənin gənclər və idman nazirləri Azad Rəhimov və Casim Məhəmməd şənbə günü Bakıda gənclər siyasəti, idman və mədəniyyət sahəsində əməkdaşlığa dair niyyət protokolu imzalayıblar.
Sənəd gənclər arasında işsizlik probleminin həllini, təhsili və idman sahəsində əməkdaşlığın inkişafını nəzərdə tutur.
"Bütün
ölkələrdə gənclərin problemləri eynidir
və bizim məqsədimiz birgə səylərlə bu
problemlərin həllinə yardım göstərməkdir", -
iraqlı nazir azərbaycanlı həmkarı ilə
görüşdə bildirib.
Onun sözlərinə görə, uzun illər ərzində iki ölkə gəncləri bir partiya ideologiyasının hakimiyyəti altında yaşayıb və azad olmayıblar. "Bu gün bizim ölkələr müstəqildirlər və gənclərimizin inkişaf etmək üçün bütün imkanları var", - nazir bildirib.
İraqın gənclər və idman naziri sentyabrın 24-27-də Bakıda keçirilən Dünya Gənclərinin Məşğulluq Sammitində iştirak etmək üçün Azərbaycana gəlib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]