Türkiyədəki Ergenekon terror təşkilatının başçılarından olan Fikri Karadağın Quranı yenidən "yazmağı" planlaşdırdığı məlum olub. Bu barədə Türkiyənin "Haber 7" informasiya agentliyi məlumat verib.
Kuvayi-Milliyə ictimai birliyinin sədri olan Karadağ uzunmüddətli araşdırmaları nəticəsində Quranda zinanın (qeyri rəsmi cinsi əlaqənin) günah, namazın isə vacib olmadığını müəyyənləşdirdiklərini iddia edib. O, yenidən "yazacağı" Quranda hər şeyin їdoğruї formada xalqa çatdırılacağını deyib.