Fransa, Strasburq, 02 oktyabr/ Trend , müxbir A.Məhərrəmli/ AŞPA - nın payız sessiyasında çıxış edən Türkiyənin AŞPA - dakı nüməyandəsi Birgen Keleş bildrib ki, Avropa İttifaqı Cənubi Qafqaza diqqət ayırmalıdır.
" Cənubi Qafqazda baş verən münaqişə onu göstərir ki , Avropa İttifaqı məsələyə ləng münasibət bildirir" - deyə, Gürcüstanla Rusiya arasındakı silahlı münaqişənin nəticələrinə dair keçirilən iclasda Türkiyənin AŞPA - daki nümayəndə heyətinin üzvü xanım Keleş bildirib.
O, qeyd edib ki, bəzi Avropa ölkələri enerji resurslarına görə Rusiyadan asılı vəziyyətdədir.
"Avropanın Rusiyadan enerji asılılığının qarşısını almaq üçün enerji ehtiyatları nəqlinin digər variantlarını tapmaq lazımdır. Gürcüstan enerji resurslarının nəqli baxımından AI və Türkiyə üçün əhəmiyyətli ölkədir" - deyə Keleş əlavə edib.
Türkiyəli deputat diqqəti regionda sabitliyin yaradılması üçün Ankaranın təklif etdiyi "Qafqazda təhlükəsizlik və stabillik " Platformasına da yönəldib.