...

Gürcüstan parlamenti fövqəladə vəziyyəti daha iki həftə uzadıb

Siyasət Materials 2 Oktyabr 2008 19:11 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 02 oktyabr/ Trend , müxbir N.Kirtxsaliya/ Cümə axşamı Gürcüstan parlamenti Rusiya qoşunlarının nəzarəti altında olan regionlarda fövqəladə vəziyyəti daha iki həftə uzadıb. 91 deputat bu qərarın lehinə səs verib.

Bu dövr ərzində fövqəladə vəziyyəti işğal olunmuş ərazilər barədə Qanun əvəz edəcək. Bu Qanun Rusiya qoşunlarının oktyabrın 10 - dək tərk etməli olduqları münaqişə və "təhlükəsizlik" zonalarında hərəkət qaydalarını müəyyən edir. Onları burada Avropa Birliyinin hərbi müşahidəçiləri əvəz edəcək.

İşğal olunmuş ərazilər barədə Qanun birinci oxunuşda qəbul olunub və gələn həftə keçirilcək parlament sessiyasında təsdiq olunacaq.

Gürcüstan parlamenti avqustun 9 - da hərbi vəziyyət elan edib, sentyabrın 8 - də isə onu fövqəladə vəziyyətlə əvəz edib. Fövqəladə vəziyyətin müddəti oktyabrın 3 - də başa çatır.

Məqalə müəllifi ilə əlaqə ünvanı- [email protected]

Xəbər lenti

Xəbər lenti