...

Gürcüstan və Ukraynaya ÜFP-ni təqdim etmək hələ tezdir ї AFR - in kansleri

Siyasət Materials 2 Oktyabr 2008 20:23 (UTC +04:00)
Gürcüstan və Ukraynaya ÜFP-ni təqdim etmək hələ tezdir ї AFR - in kansleri

Azərbaycan, Bakı, 02 oktyabr/ Trend , müxbir V.Javoronkova/ Gürcüstan və Ukraynaya NATO - ya Üzvlük üzrə Fəaliyyət Planının verilməsi vaxtı hələ çatmayıb, Almaniyanın kansleri Angela Merkel їPeterburq dialoquї səkkizinci Rusiya ї Almaniya forumunun yekunları üzrə cümə axşamı keçirilən mətbuat konfransında bildirib, -їVestiї telekanalı xəbər verir.

їBu ölkələr bunu istəyərlərsə, Şimali Atlantika Alyansının üzvü olacaqlarї, - Merkel bildirib.

Onun sözlərinə görə, Buxarest sammitindən sonra Mərkəzi və Şərqi Avropa ölkələrinin, eləcə də Gürcüstan və Ukraynanın NATO - ya üzvlüyünə dair Almaniyanın mövqeyi dəyişməyib.їBiz bu ölkələrə dair їSülh naminə tərəfdaşlıqї prinsipinə riayət edirikї, - Merkel əlavə edib.

Oktyabrın 1- də Sankt-Peterburq Dövlət Universitetində їPeterburq dialoquї səkkizinci Rusiya ї Almaniya forumu açılıb. 2001-ci ildə yaradılan forum Rusiya və Almaniya arasında əməkdaşlıq məsələlələrinin, onun inkişafı və möhkəmləndirilməsinin geniş müzakirə yeri olub. Səhiyyə və energetika məsələləri bu forumda əsas müzakirə mövzularından biridir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti