...

Somali Abxaziya və Cənubi Osetiyanı tanımaq niyyəti barədə yayılan məlumatları qəti surətdə təkzib edir

Siyasət Materials 3 Oktyabr 2008 13:05 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 03 oktyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Somalinin Xarici İşlər Nazirliyi (XİN) bu ölkənin Gürcüstanın separatçı regionları - Abxaziya və Cənubi Osetiyanın müstəqilliklərini tanımağa hazır olması barədə yayılan məlumatları qəti surətdə təkzib edir. Gürcüstan telekanallarının verdiyi xəbərə görə, bu barədə Somalidən olan həmkarları ilə məsləhətləşmələr aparan Gürcüstan XİN-i məlumat verir.

Somalinin Abxaziya və Cənubi Osetiyanın müstəqilliklərini tanımağa hazır olması barədə məlumatı iki gün əvvəl Rusiya KİV-i bu ölkənin Rusiyadakı səfirinə istinadən yaymışdı.

Somali XİN-i bəyan edir ki, ölkə Gürcüstanın ərazi bütövlüyünü tanıyır və onun suverenliyinə hörmətlə yanaşır.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti