...

Qırğızıstandakı zəlzələ 58 nəfərin həyatına son qoyub

Siyasət Materials 6 Oktyabr 2008 09:08 (UTC +04:00)
Qırğızıstandakı zəlzələ 58 nəfərin həyatına son qoyub

Qırğızıstan, Bişkek, 6 oktyabr / Trend müxbir R.Məşədihəsənli/  Oktyabrın 5-də axşam yerli vaxtla saat 22 radələrində  Qırğızıstanın cənubunda Rixter cədvəli ilə 6,9 bal gücündə zəlzələ olub.

Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin növbətçi hissəsindən kapitan Ramiz Satıbekovun Trend müxbirinə verdiyi məlumata əsasən, zəlzələnin mərkəzi Oş şəhərindən 220 km Cənub-Qərbdə və 150 km Tacikistan sərhədi yaxınlığında olub.

Qırğızıstan FHN-nin mətbuat katibliyindən RİA Novosti agentliyinə verilən məlumata görə, zəlzələ nəticəsində 58 nəfər həlak olub.

Son bilgilərə əsasən zəlzələnin gücü 8 bala çatıb.

120-dək obyekt dağılıb.

Xəbər lenti

Xəbər lenti