...

Azərbaycanın müxalif Xalq Cəbhəsi Partiyası yerli təşkilatının keçmiş sədri bəyanat yayıb

Siyasət Materials 6 Oktyabr 2008 18:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 oktyabr / Trend , müxbir A.Hüseynbala/ Azərbaycanın müxalif Xalq Cəbhəsi Partiyası (AXCP) Lənkəran rayon təşkilatının keçmiş sədri partiya rəhbərliyinə etirazla bağlı bəyanat yayıb.

Yeni yaradılacaq Aydınlar Partiyasına üzv olacağını bəyan edən Bağır Ağayev bazar ertəsi Trend - a ötən həftə istefa verərək, AXCP Ali Məclsinin keçmiş sədri Qulamhüseyn Əlibəylinin təşəbbüsü ilə yaradılacaq yeni müxalifyönlü Aydınlar Partiyasına keçməsinin səbəblərini açıqlayıb. "İyun ayının 21- də partiyanın sədri Əli Kərimli ilə görüşmək üçün Bakıya gəlsəm də, buna imkan verilmədi. Həsən Kərimov isə, vaxtının az olduğunu bəhanə edərək, ancaq 10-15 dəqiqəlik söhbətə razılıq verdi", - Ağayev deyib.

Trend - un arayışı: Əlibəyli 1992-1993 - cü ildə prezident Elçibəyin müşaviri və parlamentdə rəsmi nümayəndəsi olub. 1995 - ci ildən 2005-ci ilədək iki dəfə ardıcıl olaraq Milli Məclisin deputatı seçilib. Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olub. O, 1989-cu ildən AXC-nin üzvü, 1993-cü ildən isə, AXCP Ali Məclisinin sədri idi.

AXCP - nin Lənkəran, Samux və Qax rayon şöbələrinin sədrləri bu günlərdə istefa verərək, Əlibəylinin seçki qərargahına qoşulublar. Onlar siyasi fəaliyyətlərini Aydınlar Partiyasında davam etdirəcəklərini açıqlayıblar.

Ağayev AXCP rəhbərliyinin son vaxtlar ona qarşı bir neçə dəfə hörmətsizltik etdiyi ni də vurğulayıb. "Əli Kərimli sədr kimi nə mənimlə, nə də partiyanın rayon şöbəsi Məclisinin qərarları ilə hesablaşmırdılar. Bəyanatlarıma cavab vermək əvəzinə, Həsən Kərimovun məni fəaliyyətsizlikdə qınaması nə qədər məntiqə uyğundur?", - Ağayev bildirib.

Ağayev AXCP -nin Lənkəran rayon təşkilatından bir neçə gün ərzində 34 nəfərin istefa verdiyini deyib.

"Mən və daha beş nəfər Qulamhüseyn Əlibəylinin təşəbbüsü ilə yaradılacaq Aydınlar Partiyasına üzv olacağıq. Qalanlar isə, bundan sonra siyasi fəaliyyətlərini hansı partiyada davam etdirəcəklərini açıqlamayıblar", - keçmiş AXCP üzvü bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti