...

Türkiyə Silahlı Qüvvələri Şimali İraqa girsin -Türkiyə Milliyyətçi Hərəkat Partiyasının başçısı

Siyasət Materials 7 Oktyabr 2008 14:22 (UTC +04:00)

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının başçısı Devlet Baxçalı Türkiyə Silahlı Qüvvələrinin Şimali İraq ərazisinə girməsi üçün hökumətin siyasi iradə nümayiş etdirməsinin vacib olduğunu deyib. Bu barədə Türkiyənin їHaber7ї informasiya agentliyi məlumat verib.

PKK terror təşkilatının 3 gün əvvəl 17 türk əsgərinin şəhid olması ilə nəticələnən hücumuna toxunan Baxçalı Türkiyə Silahlı Qüvvələrinin Şimali İraqda təhlükəsizlik bölgəsi təşkil etməsinin vacib olduğunu bildirib. O, beynəlxalq hüquq normalarının buna tam imkan verdiyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti