...

Əfqanıstanın ruhani şəxsləri Səudiyyə Ərəbistanında "Taliban" hərəkatının nümayəndələri ilə görüşüblər – Əfqanıstan XİN

Siyasət Materials 8 Oktyabr 2008 19:15 (UTC +04:00)

Əfqanıstan, Kabil, 08 oktyabr/ Trend , müxbir A.Hakimi/ Əfqanıstanın xarici işlər naziri çərşənbə günü keçirilən mətubat konfransında bildirib ki, Ruhani Şəxslər Şurasının nümayəndələri Səudiyyə Ərəbistanında "Taliban"ın nümayəndələri ilə görüşüblər.

Əfqanıstanın xarici işlər naziri Rangin Dədfar Spanta Trend - a bildirib ki, Səudiyyə Ərəbistanında keçirilmiş görüş rəsmi xaraketr daşımayıb və diplomatlar səviyyəsində keçirilməyib.

Oktyabrın 6 - da CNN telekanalı məlumat yayıb ki, Əfqanıstanın rəsmi şəxsləri sentyabrın sonunda Məkkədə "Taliban"ın nümayəndələri ilə görüşüblər. Səudiyyə Ərəbistanının kralı Ramazan ayının sonuna Əfqanıstanın 17 nümayəndəsini qonaq dəvət edib. Onların 2 - si dövlət xadimi, 11- i Talibanın üzvləridir. Dəvət edilən qonaqlar arasında Əfqanıstanın İslam Partiyasının  sədri Gülbəddin Hikmətyarın nümayəndəsi və üç naməlum şəxs olub, - CNN-in müxbiri Nik Robertson bildirib.

Spanta bildirib ki, o, sentyabrın 22 - də Pişəvərdə Əfqanıstanın konsulu Əbd - ül - Xaliq Fərahinin oğurlanması ilə əlaqədar Pakistana səfər edəcək və  məsələ ilə bağlı danışıqlar aparacaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti