...

Fransanın XİN rəhbəri Gürcüstanda münaqişə zonasından qoşunların çıxarılması ilə bağlı Rusiyanın üzərinə götürdüyü öhdəliklərin icrası ilə şəxsən tanış olacaq

Siyasət Materials 9 Oktyabr 2008 11:34 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 09 oktyabr / Trend , müxbir N.Kirtsxaliya/ Fransanın xarici işlər naziri Bernar Kuşner Rusiya tərəfinin Sarkozi ilə oktyabrın 10-dək rus qoşunlarının Gürcüstandan çıxarılmasına dair imzaladığı müqavilənin icrası ilə şəxsən tanış olacaq. Gürcüstanın Xarici İşlər Nazirilyindən (XİN) verilən məlumata görə, bu gün axşam Kuşner Tbilisiyə gələcək və sabah səhər Avropa İttifaqının hərbi müşahidəçiləri ilə birgə Qoridə keşik çəkmə prosesində iştirak edəcək.

Fransanın XİN rəhbəri Qoridən Batumiyə gedəcək, burada günün ikinci yarısında Gürcüstan prezidenti Mixail Saakaşvili ilə görüşəcək. Bundan sonra ikitərəfli brifinq keçiriləcək.

Bu, son iki ayda Kuşnerin Gürcüstana üçüncü səfəri olacaq. Avqust ayında Fransanın XİN rəhbəri ATƏT rəhbəri, Finlandiyanın xarici işlər naziri Aleksandr Stub ilə birgə Tbilisidə avqust böhranının həlli üzrə danışıqlarda iştirak edib, daha sonra o, Fransa prezidenti Nikolya Sarkozini müşayiət edərkən Tbilisidə səfərdə olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti