...

MDB rəhbərlərinin sammiti müəyyən məsələlərdə razılığa gəlməyə imkan verib - Moldova prezidenti

Siyasət Materials 10 Oktyabr 2008 13:06 (UTC +04:00)

Qırğızıstan, Bişkek, 10 oktyabr / Trend , müxbir R.Məşədihəsənli/ MDB rəhbərlərinin sammiti ölkələrə müəyyən məsələlərdə razılığa gəlməyə, aktual problemlər üzrə həm geniş, həm də ikitərəfli formatda işgüzar söhbətlər aparmağa imkan verib, - cümə günü Bişkekdə keçirilən mətbuat konfransında Moldova prezidenti Vladimir Voronin deyib.

Voroninin sözlərinə görə, növbəti sammit 2009-cu il oktyabrın 9-da Kişnyovda keçiriləcək.

Cümə günü Bişkekdə MDB ölkələri rəhbərlərinin sammiti işə başlayıb. Bişkekə öz nümayəndələrini göndərən Ukrayna və Azərbaycan prezidentləri istisna olmaqla, Birliyin bütün ölkələrinin rəhbərləri sammitdə iştirak edir.

Qırğızıstan prezidenti Kurmanbek Bakiyevin sözlərinə görə, görüşdə dövlətlər sərhəd əməkdaşlığı haqqında konvensiyanı imzalayıblar, həmçinin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı fəal əməkdaşlıqla bağlı qətnamə qəbul edilib.   

Xəbər lenti

Xəbər lenti