...

Azərbaycanın Böyük Britaniyadakı səfirliyində seçki məntəqəsi yaradılıb

Siyasət Materials 10 Oktyabr 2008 19:11 (UTC +04:00)

İngiltərə, London, 10 oktyabr / , müxbir G. Əhmədova/ Azərbaycanın Böyük Britaniyadakı səfirliyində seçki məntəqəsi yaradılıb və komissiyanın tərkibi formalaşdırılıb.

Azərbaycanda prezident seçkisi oktyabrın15 - də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.

Səfirlikdən verilən məkumata görə, səfirlik Seçki Məcəlləsinin şərtlərinə uyğun olaraq, seçkilərə hazırlığı davam etdirir.

Səfirlikdə yerli azərbaycanlı icmasının üzvləri məlumatlandırılıb və seçkidə iştirak etmək üçün müvafiq bildirişlər göndərilib.

Seçki ilə bağlı məlumatlar səfirliyin internet səhifəsində yerləşdirilib və həftəlik informasiya bülleteninə daxil edilərək, ölkədə yaşayan Azərbaycan vətəndaşlarının nəzərinə çatdırılıb.

Oktyabrın 15 - də səfirlikdə yerləşən seçki məntəqəsi saat 8.00 - dan saat 19. 00 -dək fəaliyyət göstərəcək

Böyük Britaniyada məskunlaşan 200 -ə yaxın Azərbaycan vətəndaşının seçkilərdə iştirakı gözlənilir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti