...

Azərbaycanda prezident seçkisi üzrə səsvermənin gedişatı barədə ilkin məlumatlar 10:30-da elan olunacaq

Siyasət Materials 15 Oktyabr 2008 10:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr/ Trend , müxbir C.Babayeva / Azərbaycanda prezident seçkisi üzrə səsvermənin gedişatı barədə ilkin məlumatlar 10:30-da elan olunacaq.

Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibində fəaliyyət göstərən "Seçkilər" İnformasiya Mərkəzinin direktoru Ramin Quliyev jurnalistlərə bildirib ki, məlumatlar yalnız seçicilərin fəallığı barədə olacaq.

Bu gün Azərbaycanda prezident seçkisi keçirilir.

Dövlət başçısı postuna yeddi namizəd iddia edir - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti