Azərbaycan, Bakı, 15 oktyabr/ Trend , müxbir C.Babayeva/ Bakı vaxtı ilə saat 12.00 - a Azərbaycanda 1 623 775 seçici, yəni seçicilərin ümumi sayının 33.4 faizi səs verib, - Azərbaycan Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən məlumat veriblər.
Ölkədə 4 866 582 seçici qeyd alınıb.
Oktyabrın 15 - də Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edir.