...

Bakının seçki məntəqələrində qanun pozuntuları qeydə alınıb – WNEO

Siyasət Materials 15 Oktyabr 2008 14:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr/ Trend , müxbir R.Novruzov/ Bakının Səbayel rayonu ərazisindəki seçki məntəqələrində oktyabırn 15 - də keçirilən prezident seçkisi zamanı bir neçə qanun pozuntusu aşkar olnub. Bu barədə çərşənbə günü Trend - a Seçki Müşahidəçiləri Beynəlxalq Şəbəkəsinin (World Net of Election Observers) nümayəndəsi Nikolay Meyner bildirib.

Meynerin sözlərinə görə, 8, 12 və 30 saylı məntəqələrdə bütün prezidentliyə namizədlər üzrə detallı informasiya yoxdur, səsvermə zamanı seçki komissiyaları üzvlərinin müdaxiləsi müşahidə olunur. "Seçicinin latın qrafikalı yazını başa düşməməsi faktı oldu və komissiya üzvləri ona kömək etməyə cəhd göstərdilər. Halbuki, onların buna hüququ yoxdur", - deyə Mayner bildrib.

Onun sözlərinə görə, seçicilərin barmaqlarının mürəkkəblə boyanması prosesində pozuntu müşahidə olunub. "Biz bir çox seçicilərin səs verməli olduqları məntəqəyə getməməsinin şahidi olduq. Ola bilsin ki, onlara düzgün məlumat verilməyib", - deyə o bildirib.

Dövlət başçısı postuna yeddi namizəd iddia edir - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti