...

Böyük Britaniyadakı seçicilərin 30 faizdən çoxu Azərbaycan prezidenti seçkisində səs verib

Siyasət Materials 15 Oktyabr 2008 16:11 (UTC +04:00)

Böyük Britaniya, London, 15 oktyabr/ Trend , müxbir G.Əhmədova/ Qrinviç vaxtı ilə saat 12.00 - da Londonda Azərbaycan prezidenti seçkisi günündə seçicilərin təxminən 30 faizi səs verib,-  seçki məntəqəsinin yaradıldığı səfirlikdən bildiriblər.

Böyük Britaniyada müvəqqəti yaşayan və Azərbaycanın bu ölkədəki səfirliyinin konsulluq bölməsi tərəfindən qeydə alınmış 200 Azərbaycan vətəndaşından 60 - ı səs verib.

Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti