Azərbaycan, Bakı, 15 oktyabr/ Trend müxbir A.Hüseynbala/ Müxalif Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu Azərbaycanda prezident seçkisində ikinci yeri tutacağına ümid edir. O bu barədə çərşənbə günü Bakıda keçirilən mətbuat konfransında məlumat verib. Onun rəyinə görə, birinci yeri hakim Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tutub.
Qəzənfəroğlu seçki dairələrindən səsvermənin nəticələri haqqında məlumat əldə etmədiyi üçün ona səs verən ölkə vətəndaşlarının sayınına dair proqnoz verməkdə çətinlik çəkib.
Qəzənfəroğlu Azərbaycanda keçirilən prezident seçkisində exit-poll aparan təşkilatların məlumatlarının fərqli olmasından narazılığını bildirib.
Bu gün Azərbaycanda prezident seçkisi keçirilib. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]