...

Bu gün BMT Təhlükəsizlik Şurasına İranın müvəqqəti üzvlüyü məsələsi dəqiqləşəcək

Siyasət Materials 17 Oktyabr 2008 13:43 (UTC +04:00)

Oktyabrın 17-də BMT-də İranın bu qurumun Təhlükəsizlik Şurasına müvəqqəti üzvlüyü məsələsilə bağlı səsvermə keçiriləcək. Bu barədə İRİNN xəbər saytı məlumat yayıb.

Bugünkü səsvermədə İranın əsas rəqibi eyni qrupda olduğu Yaponiya olacaq. Təhlükəsizlik Şurasına üzvlük hüququ qazanmaq üçün BMT-yə üzv olan 192 ölkədən ən azı 128-nin səsini almaq lazımdır. İran üzv seçiləcəyi təqdirdə BMT Təhlükəsizlik Şurasının 15 üzvündən biri olacaq.

BMT Təhlükəsizlik Şurasın 5 müvəqqəti üzvi hər il seçilir.

Xəbər lenti

Xəbər lenti