Gürcütan, Tbilisi, 17 oktyabr / Trend müxbir N.Kirtsxaliya/ Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Temur Yakobaşvili cümə günü ATƏT-ə daxil olan 20 ölkənin hərbi attaşesi ilə görüş keçirib. "Gürcüstanda Avropa İttifaqının müşahidə missiyasının işləməsi vacibdir", - Fransanın ATƏT-dəki daimi nümayəndəsi Filip Meyer görüşdən sonra bildirib. "Missiya bir müddət əvvəl Gürcüstana gəlib. Lakin missiyanın kifayət qədər böyük ərazidə monitorinq həyata keçirməsi artıq kifayət qədər böyük nailiyyətdir", - Meyer bildirib.
Yakobaşvilinin bəyanatına göröə, o, hərbi attaşeləri maraqlandıran məsələləri hərtərəfli cavablandırıb. "Onları avqust hadisələri nəticəsində tərəflərə vurulmuş zərər xüsusilə maraqlandırır. Rusiya bu zərəri gizlətməyə çalışır. Bizim üçün isə başlıca məsələ həqiqəti dünya ictimaiyyətinə çatdırmaqdır", - Yakobaşvili əlavə edib.
Onun rəyinə görə, rus ordusunda aparılan islahatlar məhz Gürcüstandakı hadisələrlə bağlıdır. "Avqust hadisələri Rusiya tərəfinə göstərib ki, kiçik gürcü ordusu düşmənə böyük zərbə vura bilər", - Yakobaşvili hesab edir. "Ruslar islahata Gürcüstan ərazisindəki hərbi kontingentlərini azaltmaqla başlasalar, çox yaxşı olardı", - o bildirib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]