...

MDB Parlament Assambleyası terrorçuluqla birgə mübarizə məsələlərini müzakirə edəcək

Siyasət Materials 20 Oktyabr 2008 18:26 (UTC +04:00)

Azərbayan, Bakı, 20 oktyabr/ Trend , müxbir İ.Əlizadə/ MDB Parlament Assambleyası təşkilata üzv olan ölkələrin terrorçuluq, mütəşəkkil cinayətkarlıq və narkobizneslə birgə mübarizə məsələlərini müzakirə edəcək. "MDB Parlament Assambleyasının Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyalarının, həmçinin, MDB -də Terrorizm, mütəşəkkil cinayətkarlıq və narkobizneslə mübarizə sahəsində qanunvericiliyin uyğunlaşdırılması üzrə birgə komissiyasının iclaslarında bir sıra qanunvericilik aktlarına baxılacaq",- bu barədə bazar ertəsi Trend -a Azərbaycan parlamentinin mətbuat xidmətindən məlumat verlib.

Məlumatda qeyd edib ki, oktyabrın 21 - dən 23 - dək Rusiyanın Sankt -Peterburq şəhərində MDB Parlament Assambleyasının iclası keçiriləcək. İclasda Azərbaycanı parlamentin Regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə, deputat Elton Məmmədov təmsil edəcəklər. Sankt - Peterburqda MDB Parlament Assambleyasının Sosial siyasət və insan hüquqları, Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya məsələləri daimi komissiyalarının da iclası keçiriləcək.

Parlament Assambleyasında ekoloji fəlakət zonalarına, ətraf mühitə vurulan ziyanın aradan qaldırılmasına münasibətdə ekoloji məsuliyyətə, təbii müalicə mənbələri və kurortlara, MDB -nin iştirakçısı olan dövlətlərdə ərzaq təhlükəsizliyinin hüquqi təminatına, əlillərin sosial müdafiəsinə,  dövlətdə uşaq hüquqlarının əsas təminatlarına dair model qanun layihələri müzakirə ediləcək.

MDB PA - nın Sosial siyasət və insan hüquqları daimi komissiyasının iclaslarında Rəhimzadə məruzəçi qismində çıxış edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti