Azərbaycan, Bakı, 21 oktyabr / Trend / YUNESKO-nun Baş direktoru Koişiro Matsuura çərşənbə axşamı Azərbaycan prezidenti İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə YUNESKO-nun adından və şəxsən öz adından təbrik edib və bu vəzifədə olacağı yeni dövrdə ona böyük müvəffəqiyyətlər arzulayıb.
Təbrik məktubunda YUNESKO-nun Baş direktoru prezidentin davamlı dəstəyilə Azərbaycan və YUNESKO arasında müvafiq sahələrdə sıx əməkdaşlığın daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.