...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Siyasət Materials 22 Oktyabr 2008 10:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 oktyabr / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 21-də saat 17.05-dən 17.55-dək və 21.35-dən 21.45-dək fasilələrlə Ermənistan Respublikası İcevan rayonu Berkaber kəndi ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı kəndi ərazisində yerləşən mövqelərini, saat 18.40-dan 18.45-dək Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 21.10-dan 21.40-dək və oktyabrın 22-də saat 01.00-dan 01.30-dək Tərtər rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Göyarx, Qızıl Oba və Seysulan kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 22.10-dan 22.15-dək və 01.10-dan 01.20-dək fasilələrlə Ağdam rayonunun Nəmirli, Cəvahirli və Sarıcalı kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 22.30-dan 22.40-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qərvənd kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti