...

Azərbaycan prezidentinin andiçmə mərasimi oktyabrın 24-də olacaq

Siyasət Materials 22 Oktyabr 2008 13:20 (UTC +04:00)
Azərbaycan prezidentinin andiçmə mərasimi oktyabrın 24-də olacaq

Azərbaycan, Bakı, 22 oktyabr / Trend / Azərbaycan prezidenti İlham Əliyevin andiçmə mərasimi (inauqurasiya) oktyabrın 24-də olacaq.

Azərbaycanın Konstitusiya Məhkəməsi çərşənbə günü prezident seçkisinin nəticələrini təsdiq edib.

Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, prezident seçilmiş şəxs prezident seçkilərinin yekunları haqqında məlumat Konstitusiya Məhkəməsi tərəfindən rəsmi elan olunduğu gündən etibarən üç gün ərzində and içir.

And içdiyi gündən Azərbaycan Respublikasının prezidenti 15 min manat məbləğində aylıq vəzifə maaşı alır.

Trend -un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrin 15 - də keçirilib.

Seçkilərin nəticələrinə əsasən, Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət başçısı İlham Əliyev hamıdan çox səs toplayıb - 88.73 faiz.

Müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə - 2, 86 faiz, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu - 2,47 faiz, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev - 2,28 faiz, müstəqil namizəd Qulamhüseyn Əlibəyli - 2,23 faiz, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev - 0,78 faiz, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev - 0,65 faiz səs toplayıb.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti