...

Prezident Saakaşvili siyasi ambisiyaları olmayan Baş nazir seçib

Siyasət Materials 28 Oktyabr 2008 20:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 oktyabr/ Trend , müxbir E.Tariverdiyeva, N.Kirtsxaliya/ Prezident Saakaşvili siyasi ambisiyaları olmayan və prezidentlə rəqabət apara bilməyəcək şəxsi Baş nazir seçib.

"Yeni Baş nazirin qərarların qəbulu prosesində nüfuzlu sima olacağına ehtimal az olsa da, başlıcası onun Saakaşvilinin direktivlərinin etibarlı icraçısı olmasıdır", - Gürcüstan üzrə britaniyalı ekspert Kseniya Skvortsova (Ksenia Skvortsova) hesab edir.

Dövlət başçısı bazar ertəsi Baş nazir vəzifəsinə Gürcüstanın Türkiyə, Albaniya və Bosniya-Hersoqovinadakı səfiri 35 yaşlı Qriqol Mqaloblişvilinin namizədliyini irəli sürüb.

İstefaya getmiş və bir il bu vəzifəni tutmuş Baş nazir Vladimir (Lado) Qurgenidze yeni Maliyyə-İnvestisiya Şurasının həmsədri olacaq. Şuranın əsas vəzifəsi maliyyə böhranının aradan qaldırılması və ölkənin maliyyə sisteminin sabitləşdirilməsidir. Analitiklər Qurgenidzenin istefasının və Baş nazir vəzifəsinə Mqaloblişvilinin təyin edilməsinin bir neçə səbəbinin görürlər.

Prezident Saakaşvili üçün başlıca vəzifə Baş nazir vəzifəsində siyasi ambisiyaları olmayan və onun tapşırıqlarını yerinə yetirəcək şəxsiyyəti təyin etməkdir, - müstəqil gürcü politoloq Ramaz Sakvarelidze hesab edir.

"Baş nazir vəzifəsində namizəd kimi adı çəkilən Qriqol Mqaloblişvili iqtisadi məsələlərdə digər namizədlərdən asılı olacağı üçün, Qurgenidze ilə müqayisədə, onun müstəqilliyinin səviyyəsi daha aşağı olacaq", - Sakvarelidze Trend -a bildirib.

Digər gürcü ekspert Ramaz Klimiaşvili də öz həmkarı ilə razıdır. Onun rəyinə görə, Saakaşvili Baş nazir vəzifəsinə cavanlığı, təcrübəsizliyi ilə əlaqədar onunla rəqabət apara bilməyən və prezidentə rəqib kimi qəbul edilməyən şəxsi təyin edib

"Yeni Baş nazirin üzərinə gücü çatmayan yük qoyublar;ölkədəki siyasəti dəyişməyə çalışan istənilən şəxs Saakaşvilinin qurbanı olacaq və vəzifədən azad ediləcək", - o hesab edir. Analitiklər hesab edirlər ki, Baş nazirin və məntiqi olaraq hökumətin dəyişməsinin digər səbəbi avqust hadisələrinin araşdırılması üzrə komissiyanın işz başlamasıdır.

Aİ Qafqazdakı hadisələrin araşdırılması üçün komissiya yaradır. RİA-nın məlumatına əsasən, Qafqazdakı avqust hadisələrinin beynəlxalq müstəqil araşdırılmasına İsveçrədən olan ekspert başçılıq edəcək, - Aİ-yə sədrlik edən Fransanın xarici işlər naziri Bernar Kuşner bildirib. Skvortsovanın rəyinə görə, yeni administrasiya müxalifətə artan təzyiq və avqust hadisələri üzrə komissiyanın parlament dinləmələrindən diqqəti yayındıracaq. Baş nazirin istefası avqust böhranının araşdırılması üzrə komissiyanın işi ilə bağlıdır, - Remizov hesab edir. Ekspert hesab edir ki, Saakaşvili komissiyanın işinə mane olmaq istəməsə də, bu işi nəzarəti altına almaq və ondan siyasi alət kimi istifadə etmək istəyir. "Və başlıcası, prezident hazırki hökumətin keçmiş hökumətin səhvləri üzərində işlə əlaqələndirilməsini istəmir", - Remizov bildirib. 

Lakin müşahidəçilərin rəyinə görə, keçmiş Baş nazir tutduğu vəzifəsinin dəyişməsindən çox şey itirməyib.

Qurgenidze, kifayət qədər yumşaq qaydalara görə, Saakaşvili üçün "qurbanlıq keçi" idi və onu sərt məsuliyyətin olmadığı digər vəzifəyə təyin edib, - Remizov hesab edir. O hesab edir ki, fəaliyyətdə olan hökumətin  komissiyanın hədəfi olması Saakaşvili üçün münasib olmazdı.

Xüsusilə də, münaqişədən sonra Qurgenidze xarici sərmayədarların yanında effektliliyini və populyarlığını sübut edib, - Skvorotsova hesab edir. "Maliyyə mütəxəssisi kimi Qurgenidzenin münaqişənin və qlobal maliyyə böhranının Gürcüstanın maliyyə institutlarına təsirinin nəticələrinin həllinə yönəlmiş yeni vəzifəsi ağıllı addım ola bilər", - o bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti