...

Osetin döyüşçülər gürcüləri oğurlamaqda davam edirlər

Siyasət Materials 3 Noyabr 2008 11:35 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 03 noyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın Qori rayonunda osetin banda qruplaşmaları daha altı gürcünü oğurlayıb. Kirvali kəndindən meşədə odun tədarük edən yerli sakinlər oğurlanıb.

Səhər ertədən odun yığmağa gedən sakinləri, axşam həmkədliləri axtarmağa başlayıblar. Lakin odun tədarük olunan yerdə kəndlilər yalnız onların alətlərini tapıblar.

Oğurlananların ailəsi ilə hələ ki, heç kim əlaqə saxlamayıb, lakin hesab edilir ki, onlar Gürcüstan polisi tərəfindən narkotik maddələr yaymaqda ittiham olunaraq saxlanılan iki osetinli ilə əvəzlənmək üçün oğurlanıblar.

Əvvəllər ostein döyüşçüləri Qori rayonunun Zerti kəndindən də meşədə çalışan altınəfəri oğurlamışdılar, lakin onlar qaça bilmişdilər. Odunçular oğruların onları osetinli narkotik satanlar ilə əvəzləmək istədiklərini bildirmişdilər.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti