Gürcüstan, Tbilisi, 04 noyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Avropa Şurasının (AŞ) regional və yerli rəhbərlər konqresinin nümayəndə heyəti Acariyada Ali Şuraya keçirilən seçkiləri mütərəqqi qiymətləndirib. Nümayəndə heyətinin üzvləri öz müşahidələrinin nəticələrini bu gün keçirilən mətbuat konfransında açıqlayıblar.
"Acariyada keçirilən seçkilər kifayət qədər dinc şəraitdə keçib və ümumilikdə müsbət mahiyyət dayışıb. Buna baxmayaraq, mütləq düzəldilməli olan müxtəlif nöqsanlar var idi" , - deyə nümayəndə heyətinin rəhbəri, Berlinin Nümayəndələr Palatasının üzvü Günter Krüger bildirib.
Bu nöqsanlar, əsasən, texniki mahiyyət daşıyırdı. Səslərin hesablanması və məlumatların ötülüməsi çox gec həyata keçirilirdi, mojaritar və proporsional seçki bülletenləri vizual olaraq oxşar idi, bütün məntəqələrdə videokameralar quraşdırılmamışdı və s.
Nümayəndə heyətinin üzvləri qeyd ediblər ki, bəzi siyasi partiyalar seçkilərdə iştirakdan imtina ediblər. Ali Şura deputatlarının sayının 30 - dan 18 -ə endirilməsi faktı da, reginda demoktariyanın gücləndirilməsinə şübhə yaradır.
Krüger seçicilərin fəallığı ilə bağlı qeyd edib ki, müxtəlitf tipli informasiyalar yayılıb. Nümayəndə heyətinin rəhbəri əlavə edib ki, seçicilərin siyahısına gəldikdə isə, onların uyğun olmamasına dair məlumatlar olub, lakin bu məsələnin detallı şəkildə həlli üçün əlavə məlumatlar lazımdır.
"Bu bizim ilkin təəssüratlarımızdır. Daha dərin təhlil üçün vaxt və detallı informsiya lazımdır. Ümumi mənzərəyə gəldikdə isə, hazırkı seçkilər əvvəlkilərə nisbətdə daha mütərəqqi idi", - deyə o qeyd edib.
Nümayəndə heyəti Acariyadakı seçkilərlə bağlı məruzə hazırlayacaq və dekabrda Strasburqda Avropa Şurası konqresinə təqdim edəcək.
AŞ -nın nümayəndə hefəti oktyabrın 31- də Gürcüstana gəlib.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]