...

Azərbaycan müxalifətinin yeni birliyinin yaradılmasında məqsəd seçkilərdə vahid blok kimi iştirak etməkdir- partiya sədri

Siyasət Materials 5 Noyabr 2008 16:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 noyabr / Trend , müxbir İ.Əlizadə / Azərbaycan müxalifətinin yeni birliyinin yaradılmasında əsas məqsəd bələdiyyə və parlament seçkilərində vahid seçki bloku kimi iştirak etməkdir.

"Son məqsədimiz bələdiyyə və parlament seçkilərində vahid seçki bloku kimi iştirak etməkdir", - çərşənbə günü Trend - a müxalifəti təmsil edən sağ - mərkəzçi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bildirib.

Trend - un arayııı: Azərbaycanda bələdiyyə seçkisi gələn il, parlament seçkisi 2010 - cu ildə keçiriləcək.

Müxalifətin Əməkdaşlıq Mərkəzinə "Azadlıq" bloku (Azərbaycan Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf partiyaları), Müsavat Partiyası və "Azərbaycan Naminə" İctimai Forum (ANİF) daxildir. Sentyabrın əvvəlində bu siyasi təşkilatlar oktyabrın 15 - də keçirilən prezident seçkisinin nəticələrini tanımamaq barədə birgə bəyanat imzalayıblar. Seçkidən sonra müxalifətin daha geniş koalisiyada birləşməsi istiqamətində danışıqlar başlayıb. Lakin qarşılıqlı ittihamlar üzündən hələ ki, müxalifətin geniş koalisiyasının yaranması baş tutmur.

Kərimlinin sözlərinə görə, arzu olunan haldır ki, müxalifət dərhal bələdiyyə və parlament seçkilərində birgə iştirak haqqında qərar verə bilsin.

"Amma belə fikirlər də var ki, müxalifətin inteqrasiyasını addım - addım həyata keçirək. Növbəti mərhələdə bir format tapaq və əməkdaşlığımızı rəsmən bir təşkilatda quraq. Bir müddət keçəndən və münasibtlərimiz daha da sıxlaşdıqdan sonra birliyimizi seçki bloku elan edə bilərik ", -deyə AXCP sədri əlavə edib.

Kərimlinin fikrincə, prezident seçkisi ərəfəsində müxalifətin, nə qədər mümkündürsə, o formada geniş birliyi və əməkdaşlığı yaranıb. O vurğulayıb ki, beş təşkilat seçkinin keçirilməsinə, kampaniya dövrünə və seçkinin nəticələrinə birgə mövqe bildirib. Hazırda bu birliyi daha da dərinləşdirmək, sıxlaşdırmaq və gələcəkdə bir seçki blokuna çevirmək üçün müzakirələr aparılır.

"Söhbət bu birliyin bizimlə yeni mövqedə olmayan təşkilatlar vasitəsilə süni şəkildə genişləndirilməsindən yox, olan birliyin daha da təkmilləşdirilməsindən gedir. Hesab edirəm ki, hansısa narazılıqların olmas mətbuatda ı şişirdilir. Hazırda bizim aramızda çox konsturuktiv münasibətlər var və inanıram ki, yaxın vaxtlarda beş təşkilatın əmkdaşlığının növbəti mərhələsinə keçə biləcəyik", - Kərimli bildirib.

Onun sözlərinə görə, məsləhətləşmələr davam edir və beş liderin hər biri əməkdaşlığın daha da dərinləşməsinə prinsipcə razıdır.

Kərimli qeyd edib ki, "Azadlıq" blokunun təsisçilərinin heç vaxt yeni birliyin adının "Azadlıq" olmasını təklif etməyiblər. "Hesab edirik ki, istənilən ad altında birləşmək olar. Ada şərti bir məsələ kimi baxırıq, əsas mahiyyətdir", - AXCP sədri vurğulayıb.

Müxalifəti təmsil edən AXCP hazırda "Azadlıq" siyasi blokunun üzvü və həmtəsisçisidir. Partiyanın qurucusu və 2000 - ci ilədək sədri Azərbaycanın eks - prezidenti mərhum Əbülfəz Elçibəy olub. 2000 - ci ildən indiyədək AXCP-yə keçmiş Dövlət Katibi, sabiq deputat Əli Kərimli sədrlik edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti