Gürcüstan, Tbilisi, 07 noyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Cümə günü Gürcüstan Demokratik İnkişaf Fondunda "Cənubi Qafqazda Avropa strategiyası" mövzusunda görüş keçirilib. Təşkil olunan görüşün tərəfdaşları qismində bir neçə alman fondu çıxış edib.
Görüşdə Avropa İttifaqı, beynəlxalq təşkilatların nümayəndələri, beynəlxalq və gürcüstanlı ekspertlər, həmçinin, Aİ-nin Cənubi Qafqazda xüsusi nümayəndəsi Piter Semnebi iştirak ediblər.
"Belə görüşlər olduqca böyük əhəmiyyət kəsb edir, belə ki, burada Cənubi Qafqazda təhlükəsizlik və sülh məsələləri nəzərdən keçirilib. Aİ bu prosesə fəal qoşulub və bu gün burada bizim öz müşahidəçiləritmiz var", - deyə o bildirib.
Semnebinin sözlərinə görə, Aİ regionda sülhün təmin olunması üçün maksimum səylərini tətbiq edib.
Xarici diplomatların suallarınıFondun prezidenti, parlamentin keçmiş spikeri Nino Burcanadze cavablandırıb. "Suallar əsasən 7 noyabr hadisələrinə aid olub və bu faciəvi hadisələrə maraq qanunauyğundur. Biz hamımız bu hadisələrin ildönümünün dinc keçməsini istəyirik", - deyə o bildirib.
Aksiyada rusiyalı diplomatlar da iştirak edib, lakin onlar yekunda şərh vermədən konfransı tərk ediblər.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]